"Volvo" benzinli avtomobil istehsalını dayandıracaq - 2019-cu ildən

"Volvo" minik avtomobilləri 2019-cu ildən etibarən elektrikli və ya hibrid motorlarla təchiz ediləcək. "Report" "Financial Times"a istinadən xəbər verir ki, bu barədə açıqlamanı şirkətin baş direktoru Hakan Samuelson verib. "Volvo 2025-ci ilə qədər 1 mln. elektromobil satmağı vəd edib, biz isə öz sözümüzə əməl etməyə öyrəşmişik", - şirkət rəhbəri açıqlama verib.
Qeyd edək ki, 2010-cu ildə Çinin "Geely" avtomobil şirkəti tərəfindən "Volvo"nun alınmasından sonra şirkət elektrikli motorların işlənib hazırlanması və tətbiq edilməsi prosesinin sürətləndirib. Çin dünyada bu tip mühərriklərlə çalışan avtomobillərin ən iri bazarı hesab edilir, "Geely" isə ABŞ-a avtomobil satan yeganə Çin şirkətidir. Hazırda elektrikli avtomobil bazarı kiçikdir. 2016-cı ildə dünyada satılan avtomobillərin 1%-dən də az hissəsini elektromobillər təşkil edib. Amma, buna baxmayaraq onların populyarlığı sürətlə artır. Bu ilin yanvar-mart aylarında elektromobillərin satışında illik müqayisədə 40% artım qeydə alınıb və 191 700 ədəd təşkil edib. Bu temp qorunarsa 2030- cu ilə qədər avtomobil satışlarının 80%-i elektrikli olacaq.
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












