Xanım müğənninin avtomobili cərimə meydançasına salındı – Həbsi var - FOTO

Müğənni İlahə İbadovanın bahalı avtomobili cərimə meydançasına salınıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, iki gün əvvəl xanım müğənninin idarə etdiyi «Dodge Durango» markalı, 90 NM 007 dövlət nömrə nişanlı avtomobili Bakının mərkəzində yol polisi tərəfindən saxlanılıb. Məlum olub ki, bu avtomobilə 4 dəfə həbs qoyulub. Onun xeyli ödənilməyən cəriməsi var. Bu səbəbdən də DYP əməkdaşı avtomobili cərimə meydançasına aparıb. Dünən isə müğənni cərimələri ödəyərək avtomobili oradan çıxara bilib. Bu gün Avtosfer.az-ın apardığı araşdırma nəticəsində müəyyən edilib ki, xanım müğənni sürət həddini aşmağa meyillidir. Belə ki, onun idarə etdiyi avtomobil oktyabrın 1-dən 15-dək 15 dəfə sürət həddini aşmağa görə radara düşüb. Hazırda İlahə İbadovanın avtomobilinin 150 manat cəriməsi var.
Xanım müğənninin bu avtomobili 143 min manata aldığı bildirilir.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












