Xanım sərnişindən kəmər taxmağı tələb edən TAKSİ SÜRÜCÜSÜ DÖYÜLDÜ - VİDEO

Taksi sürücüsü qadın müştərinin əri tərəfindən döyülüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Məlumata görə, Nevinnomıssk şəhərində (Stavropol diyarı) taksi sürücüsü sifariş qəbul edərək bir qadın və uşağı sərnişin kimi götürüb. Sürücü qadın müştəridən təhlükəsizlik kəmərini taxmağı istəyib, lakin qadın imtina edib və aralarında mübahisə yaşanıb. Ardınca qadın ərinə zəng edərək başına gələnləri danışıb. Kişi xanımını müdafiə etmək üçün avtomobilinə minərək taksinin olduğu yerə gəlib.
Hadisə ilə bağlı görüntülər ərazidə yerləşən təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda şəxsin ağ rəngli minik avtomobilinin qapısını açaraq sürücüyə hücum etdiyi əks olunub.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb,
Avtomobilə də ziyan dəyib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları müəyyənləşdirir.
Namiq Musayev
“Gelandewagen”in daha bir rekordu
ABŞ-da uçan maşınların istifadəyə verilməsi planlaşdırılır
Yüzlərlə “Porsche” və BMW avtomobili uzaqdan bloklandı - Rusiya ŞOKDA…
Azərbaycan “AvtoVAZ”ın əsas bazarları arasındadır
Qışda avtomobili düzgün necə yuyaq?
Qadınlar avtomobili daha səliqəli park edirmiş
Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO
Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?
Çin elektromobilləri üçün idxal rüsumu endirildi
Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH
Yollardakı radarların harada yerləşdiyindən xəbəriniz olacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!











