Xaricdən gətirilən avtomobillərdə ciddi problemlər aşkarlandı - VİDEO

Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb. İnternet üzərindən Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb. Paytaxt sakini Vüqar Şahmuradov deyir ki, bir neçə ay əvvəl sözügedən ölkənin istehsalı olan avtomobili gömrük rəsmiləşdirməsi xərci ilə bərabər 14 min manata Bakıya gətirdib. Xarici ölkəyə məxsus satış saytından aldığı ikinci əl avtomobili Vüqar Şahmuradov ustaya aparıb.
Usta Sahil Ağabəyli deyir ki, Azərbaycana Koreya və Amerika bazarından gətirilən avtomobillərin böyük əksəriyyətində problemlər olur. Bu ölkələrdə sürülüb satışa çıxarılan avtomobillərin nə mühərrik, nədə ki, sürət qutusunun yağı dəyişdirilmir. Bundan başqa, həmin avtomobillərin alt işlək hissələrində də çox nasazlıqları aşkar edilir.
Usta deyir ki, Amerika bazarından gələn avtomobillər də qəzalı vəziyyətdə olur. Səbəb də həmin nəqliyyat vasitələrinin Amerikada sığorta şirkətlərindən hərrac yolu ilə alınmasıdır.
Sahil Ağabəylinin sözlərinə görə, o ölkədə avtomobilin təmir xərci çox olduğundan sürücülər qəza zamanı nəqliyyat vasitəsini yenindən işlək vəziyyətə gətirmirlər. Maşını sığorta şirkətinə verib nağd pulunu alırlar.
Usta bildirir ki, xarici ölkələrdən sayt üzərindən avtomobil almaq olduqca risklidir. Sahil Ağabəyli məsləhət görür ki, avtomobil alarkən mümkün qədər onu görmək, ustaya yoxladıb almaq lazımdır. Əks halda 4-5 min manat ziyana düşmək ehtimalı var.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










