Xaricdən gətirilən avtomobillərin çoxu küçələrdən yığılırmış - FOTO

Dünyanın ən zəngin şəhərlərindən biri olan Dubayda parklarda, küçələrdə olduqca lüks olan "Ferrari" və "Porsche" kimi avtomobil modellərini sahibləri tərk edir. Avtosfer.az avropa.info-ya istinadən xəbər verir ki, Dubayda benzin qiymətləri olduqca aşağıdır , iqtisadiyyatı da kifayət qədər yaxşıdır. Ancaq küçələrdə dayanan tozlu lüks avtomobillər var. Dubayın tozlu hava şəraitinə təslim olan və aylarla kimsənin mühərrikini işə salmadığı bu avtomobillər hansı səbəblə tərk edilir?
Bu lüks avtomobillərin sahiblərinin maşınlarını parklarda qoyub getmələrinin ən mühüm səbəbi isə borclarını ödəyə bilməmələridir. Birləşmiş Ərəb Əmirliklərində kredit kartı ilə kreditini ödəyə bilməyən insanlar üçün maşının borcunu ödəməyə yönəlik bir qanun yoxdur. Ölkədə iflasdan qoruma kimi bir qanun olmadığından borcunu ödəməyən birbaşa həbs cəzası ilə üzləşir.
Maraqlısı odur ki, bu avtomobillər aylarla küçələrdə, parklarda qalandan sonra müxtəlif ölkələrdən, eləcə də Azərbaycandan olan avtomobil alverçiləri onları ucuz qiymətə əldə edib baha qiymətə öz ölkələrində satırlar.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı


















