Xaricdən maşın sifariş edənlər NƏZƏRİNƏ!

Son dövrlər xaricdən avtomobil sifariş edən vətəndaşların sayı artmaqdadır. Xüsusilə ABŞ, Almaniya, BƏƏ və Koreyadan avtomobil gətirilməsi geniş yayılıb. Lakin bu proses təkcə üstünlüklərlə deyil, ciddi risklərlə də müşayiət olunur. Bəzi hallarda vətəndaşlar ödəniş etdikdən sonra nə avtomobil, nə də müqavilədə nəzərdə tutulan sənədləri əldə edə bilirlər. Bəzən isə sifariş edilən avtomobilin texniki vəziyyəti, təchizatı və ya gömrük sənədləri alıcıya əvvəlcədən təqdim edilən məlumatlarla üst-üstə düşmür.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, xaricdən maşın sifariş etməzdən əvvəl mütləq etibarlı şirkətlərlə əməkdaşlıq edilməlidir. Sifarişin bütün detalları avtomobilin texniki göstəriciləri, vurulub-vurulmadığı, kilometrajı, ixrac və gömrük rüsumları barədə məlumatlar şəffaf şəkildə təqdim olunmalıdır. Alıcılar öncədən müqaviləni diqqətlə oxumalı və mümkün olduğu qədər ödənişi avtomobil Azərbaycana gəldikdən sonra etməlidirlər.
Hüquqşünas Nurlan Səfərov vətəndaşlara xəbərdarlıq edirlər ki, avtomobil sifarişi zamanı heç bir halda şifahi razılaşmalara əsaslanmasınlar. Müqavilə mütləq notarial qaydada təsdiq edilməli və hər iki tərəfin öhdəlikləri dəqiq şəkildə göstərilməlidir. Əks halda, aldanan tərəfin hüquqlarını sonradan bərpa etmək çətin ola bilər.
Bəs bu kimi hallarda nə etmək lazımdır?
Yalnız lisenziyalı və rəsmi fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edin.
Avtomobilin real vəziyyətini yoxlamaq üçün beynəlxalq auksion saytlarında VIN kodu vasitəsilə təhlil aparın.
Müqaviləsiz və sənədsiz heç bir ödəniş etməyin.
Avtomobilin gömrük rüsumlarını və əlavə xərcləri əvvəlcədən öyrənin.
Şəxsi hüquqi məsləhət alın.
Hüquqşünas qeyd edir ki, xaricdən avtomobil sifarişi edərkən diqqətli və məlumatlı olmaq aldanma hallarının qarşısını almağın əsas yoludur.(milli.az)
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO










