Xarici qeydiyyatlı maşınların Azərbaycana daxil olması ilə bağlı yeni QAYDA TƏSDİQLƏNDİ

Müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların da informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir - daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks olunan məlumatlar; - daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar; - sürücülük vəsiqəsində əks olunan məlumatlar.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










