DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Xızıda yol kənarında qoyulan şəhid plakatlarının sökülməsi ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə aydınlıq gətirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, sözügedən videoda iddia edilən məsələ həqiqəti əks etdirmir:
“Xızıda şəhid plakatlarının söküldüyünə dair yayılan məlumatlar doğru deyil. Şəhidin plakatı avtomobil yolunun yaxınlığında qoyulduğu üçün nəqliyyatın hərəkətinə mane yaratmaması üçün mövcud yerindən bir qədər geri çəkilib. Heç bir söküntüdən söhbət gedə bilməz. Ərazidə ictimai asayişin pozulmaması üçün hadisə yerinə polis əməkdaşları da cəlb olunub”.
.....
Xızı rayonunda yol kənarında şəhidlərin xatirəsinə qoyulan plakatların söküldüyünə dair sosial şəbəkədə videogörüntü yayılıb.
Məlumata görə, şəhid plakatlarının Xızı Rayon İcra Hakimiyyəti tərəfindən sökülməyə cəhd edildiyi iddia olunur.
Məsələni aydınlaşdırmaq üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayonun icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov iddiaların əsassız olduğunu bildirib:
“Sosial şəbəkədə yayılan videolarla tanışıq. Hadisə heç də təsvir edildiyi kimi olmayıb. Heç kim şəhidlərin plakatlarını sökmür. Sadəcə olaraq şəhid Verdiyev Natiq Əlmurad oğlunun fotosunun vurulduğu plakat yola yaxın olduğu üçün yerləşdiyi yerdən təxminən 40 santimetr kənara çəkilib. Ailəsinin də məlumatı var, heç bir narazılıq yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. (oxu.az)
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










