Yağ əlavələri: Səs-küylü reklamlar, GİZLİ TƏHLÜKƏ

Bəzən düşünülür ki, motor yağına bir damla "möcüzəvi əlavə" mühərrikə ikinci gənclik bəxş edə bilər: daha sakit, daha enerjili, daha qənaətcil olacaq. İlk baxışda bu, hətta sehr kimi görünə bilər. Lakin əslində bu, əbədi həyat iksiri deyil, nəticələri baha başa gələ biləcək təhlükəli bir eksperimentdir.
Avtosfer.az bildirir ki, bu barədə pravda.ru avtomobil ekspertlərinə istinadən xəbər verir.
Mütəxəssislər bildirirlər ki, müasir motor yağı sadəcə kanistrdəki maye deyil, kosmik texnologiyalar səviyyəsində kimyəvi məhsuldur: dəqiq formullar əsasında onlarla komponent istifadə olunub, yüzlərlə test aparılıb.
"Hər bir element öz rolunu oynayır: bəziləri aşınmadan qoruyur, digərləri səthləri təmizləyir, üçüncülər temperatur rejimini tənzimləyir və bütün bunların, həm sözün əsl, həm də məcazi mənasında, qaynamasına imkan vermir. Bu "yağ kokteyli"ndə hər şey millilitrə qədər dəqiqliklə hesablanıb. Əgər siz mühəndislərdən daha yaxşı bildiyinizi düşünüb ora "yaxşılaşdırıcı" bir şey əlavə etsəniz, bu zaman diqqətlə hesablanmış balans pozulur və sonra nəticələri öncədən bilinməyən domino effekti başlayır", - deyə məqalədə vurğulanıb.
Qeyd olunur ki, ilk baxışdan hər şey yaxşı görünə bilər - mühərrik daha yumşaq səslənir, sürtünmə azalır. Lakin sonradan problemlər başlayır:
"Kül miqdarı azalır, silindrlərdə aşınma artır. Yuyucu xüsusiyyətlər zəifləyir - qurum və çöküntülər əmələ gəlir. Yüksək temperaturlarda yağın davranışı dəyişir - mühərrik sürücü üçün hiss olunmadan qızmağa başlayır. Nəticədə, yaxşılaşma vəd edən şey mühərriki lazımi qorunmadan məhrum edir və onun ömrünü azaldır".
Ekspertlər onu da vurğulayırlar ki, bu cür əlavələr tökməklə əslində laboratoriyalarda mühəndislərin illərlə üzərində işlədiyi məhsul korlanır.
"Heç bir yağ istehsalçısı onun məhsuluna nəsə qarışdırıldığı təqdirdə zəmanət vermir. Çünki bu artıq onların məhsulu deyil - bu, "mühərrikə təsiri əvvəlcədən bilinməyən naməlum kimyəvi tərkib"dir. Əgər yağ istehsalçının icazələrinə uyğundursa, özlülük baxımından düzgün seçilibsə və sertifikatlaşdırılıbsa - o, bütün lazımi funksiyaları yerinə yetirir. Əlavə qatqılar və kimyəvi eksperimentlər olmadan. Bəli, "sehrli sürətlənmə" olmayacaq, amma mühərrik də vaxtından əvvəl aşınmayacaq", - deyə mütəxəssislər izah ediblər.
Sonda vurğulanır ki, tüninq, vinil, salon xalçaları ilə eksperiment aparmaq olar, lakin yağ sistemi "yaradıcılıq göstərmək" üçün yer deyil:
"Çünki mühərrik məsələsində bir artıq əlavə təkcə resursun itirilməsinə deyil, həm də bahalı əsaslı təmirə səbəb ola bilər", - deyə ekspertlər xəbərdarlıq ediblər.
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi











