Yağış Bakı yollarında hərəkəti iflic etdi - FOTO

Yağan yağışdan sonra paytaxt yollarında nəqliyyatın hərəkəti bərbad vəziyyətə düşüb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, hazırda Bakının bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı, bəzi yollarda isə tıxac müşahidə olunur. Hətta elə yollar var ki, orada hərəkət, sadəcə, donub. İctimai nəqliyyatla hərəkət edən sərnişinlər yağışın yağmasına baxmayaraq, avtobuslardan düşüb mənzil başına doğru piyada getmək məcburiyyətində qalıblar. Məsələn, Mehdi Hüseyn küçəsindən Şeyx Şamil küçəsi və metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən avtomobillərin hərəkətində ciddi problem var.
NİİM-dən bildiriblər ki, hazırda Akademik Həsən Əliyev və Ziya Bünyadov prospektləri, Əbdülrəhimbəy Haqverdiyev, Ağa Nemətulla, Koroğlu Rəhimov, Afiyəddin Cəlilov, Nəsibbəy Yusifbəyli, Mehdi Hüseyn və Şeyx Şamil küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən bunları nəzərə almaları tövsiyə olunur.



Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












