Yanacaqla çalışan avtomobillərin satışı qadağan ediləcək

Norveç parlamenti 2025-ci ildə bütün yanacaqla çalışan avtonəqliyyat vasitələrinin satışını qadağa qoymağı müzakirə edir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, əgər qanun parlamentdən keçsə, bu qərarı qəbul edən ilk ölkə Norveç olacaq. Bununla analitiklər Norveçin ekologiya problemlərinin həllində ən böyük addımı atacağını açıqlayıblar. Norveç parlamenti qərarın qüvvəyə minməsi durumunda bunun ekologiya ilə yanaşı, iqtisadi baxımdan da böyük fayda verəcəyini bildiriblər. Norveç mətbuatının yaydığı xəbərdən sonra elektrikli avtomobillər istehsal edən ABŞ-ın məşhur "Tesla Motors" şirkətinin sahibi Elon Mask bu qərarın "İnanılmaz " olduğunu deyib. Hazırda Norveçdəki avtomobillərin 24%-i ekologiya baxımından təmiz enerji ilə çalışır. Parlamentdəki bütün partiyaların üzvləri 2025-ci ildə qəbul olunacaq qərara dəstək verəcəklərini bildiriblər. Norveç həmçinin enerji ehtiyacının 99%-i SES-lərdən təmin edir və dünyanın ekoloji baxımdan ən təmiz ölkələrindən biri hesab olunur.
"Report"un analitik qrupu hesab edir ki, bu tip qərarlar tezliklə Avropa başda olmaqla dünyanın bir çox ölkəsində qəbul ediləcək.
Xatırladaq ki, Yaponiyanın "Toyota Motors" şirkəti bu gün yaydığı açıqlamasında 2020-ci ildən "Prius" və "Corolla" modellərinin kütləvi surətdə elektrikli avtomobillərinin istehsalına başlayacağını bildirib. Nəticədə 2020-ci ildən etibarən neftin qiymətinin təzyiqlərlə üzləşəcəyi ehtimal edilir. Getdikcə təklif tələbi daha çox üstələyəcək və neftə ehtiyacın azalmasını anlamağa başlayan hasilatçı ölkələrin hasilatı azaltmayacağı proqnozlaşdırılır. Bu ölkələr iqtisadiyyatlarını diversifikasiya etmək üçün mümkün qədər daha çox neft sataraq valyuta ehtiyatlarını artırmaq istəyəcəklər.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










