Yaponlar hidrogenlə işləyən avtobus yaratdı - FOTO

Toyota şirkəti yanacaq özəklərindən qıdalanan güc qurğusuna malik olan Sora avtobusunu Tokyo avtosalonunda nümayiş etdirəcəkdir. 2018-ci ildə avtobusun seriya variantı təqdim edilməlidir.
2020-ci ildə Yaponiyanın paytaxtında keçiriləcək Olimpiya oyunlarından öncə şəhərə 100 ədəd belə avtobus buraxılacaq. Toyota Sora modeli Mirai sedanının təkmilləşdirilmiş hidrogen güc qurğusu ilə təchiz edilib. Qurğunun tərkibinə 154 at qüvvəsi və 335 Nm fırlanma anı təklif edən iki elektromühərrik və elektrokimyəvi generator daxildir. Generator hidrogen və oksigenin kimyəvi reaksiyasından alınan enerjini mühərriklərə ötürür. Avtobus 600 litr hidrogeni tutan 10 ədəd çənlə təchiz edilir. Bundan başqa, avtobus 235 kilovat-saatlıq, 9 kilovat maksimal gücə malik olan xarici enerji sistemi ilə də komplektləşdirilir. Təbii fəlakət zamanı bu sistemdən alternativ enerji mənbəyi kimi istifadə etmək olar.
Toyota Sora avtomatik qatlanan yan oturacaqlar, velosipedçi və piyadaları aşkarlayan xarici kameralar, həmçinin dayanacaqlardakı xəttlərdə avtomatik dayanmanı təmin edən sistem ilə təchiz edilib. Toyota Sora digər nəqliyyat vasitələri və yol infrastruktirasının stasionar obyektləri ilə naqilsiz əlaqəni təmin edir. Toyota Sora digər avtobuslarla bağlı şəkildə hərəkət edə bilər. (Auotograph)




Orxan
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












