Yaponların unutduğu model İranda “modernləşdirdildi”

İranın "SAİPA" şirkəti məşhur "Zamyad" Z24 pikapının xarici görünüşündə dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, avtomobilin qabarit işıqları və faraları yenilənib. İndi həm yaxın, həm də uzaq işıq faraları linza ilədir. Bu dəyişiklik “modernləşdirmə” kimi təqdim edilir.
Qeyd edək ki, "Zamyad" Z24 pikapı "Nissan Junior" modelinin 1970-ci il versiyasıdır. Şahın vaxtında lisenziyası alınmış model 55 ildir ciddi dəyişikliyə məruz qalmadan istehsal edilir. Ötən ilin sonlarında avtomobildə daha bir “müasirləşmə” həyata keçirilmişdi. O vaxt avtomobilin mexaniki spidometri elektronla əvəz edilmişdi.
Yaponiyada bu modelin istehsalı 1974-cü ildə dayandırılıb. Gündoğar ölkədə bu modeli ya "Nissan"ın muzeyində, ya da şəxsi kolleksiyalarda görmək mümkündür.
Vüqar
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir











