Banner

Yaralandıqdan sonra ağır döyüşlərə qayıdan zabitimiz - VİDEO

Avtoxəbər 2 Fevral 2021 12:28 Oxunub 3284
Yaralandıqdan sonra ağır döyüşlərə qayıdan zabitimiz   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsində şücaəti ilə seçilən igidlərimizdən biri də baş leytenant Ruhin Mikayılovdur.

R.Mikayılov Azərbaycan Texnalogiya Universitetini bitirsə də, hərb yolunu seçib. Atası əvvəlcə buna razı olmasa da, övladının israrından keçə bilməyib. O, həm də aykido idman növü ilə məşğul olub. 

O, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda savaşıb. 

Ruhin Mikayılov II Qarabağ müharibəsində iki dəfə yaralanıb. İlk dəfə Murov dağı istiqamətində yaralanan qazimizə həkimlər döyüşlərə qayıtmamağa məsləhət görür. Ancaq zabitimiz təkidlə yenidən şiddətli döyüşlərə qatılır. İkinci dəfə ağır yaralandıqdan sonra o, iki gün komada qalıb. 

Qəhrəman qazimiz deyir ki, qələbənin ən böyük memarı şəhidlərimizdir: “İllərlə düşmənə qarşı saxladığımız qisas hissini yaşatdıq və qisasımızı aldıq. Biz şəhid və ya qazi olmalıydıq ki, torpaqlarımız işğaldan azad edilsin”. 

Qeyd edək ki, R.Mikayılov Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh