Yeni dayanacaq nişanları quraşdırıldı: Bakıda – FOTO

Bakıda dayanacaq nişanları quraşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşların və daşıyıcıların avtobus dayanacaq məntəqələri ilə bağlı Agentliyə ünvanladıqları müraciətlərə əsasən, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda yol nişanları quraşdırılmayıb.
Vətəndaşların və daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxətlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib və hazırda bu proses davam etməkdədir.
İlin sonuna kimi 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər nişanlardakı məlumat löhvələri vasitəsilə məntəqənin ünvanı, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər. Nişanların qurşadırılması prosesi çərçivəsində 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib. Həmin ünvanları da təqdim edirik.
1. Mətbuat pr. 37a

2. Mir Cəlal küç. 174

3. Mir Cəlal küç. 276

4. Mir Cəlal küç. 326

5. Ziya Bünyadov pr. 65

6. Ziya Bünyadov pr. 98

7. Təbriz küç. 30 və yolun əks istiqamətində.

Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












