Yeni qaydalar müəyyənləşir - Sərnişin və yük daşıyanların nəzərinə

Ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib ki, “Yol hərəkəti haqqında” qanuna əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü beynəlxalq yol hərəkətində iştirak etdikdə yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə, sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir: “Yəni, hazırda qüvvədə olan qanuna əsasən beynəlxalq yük daşımalarını həyata keçirən yalnız yük avtomobillərinin və avtobuslarının sürücüləri üçün nəqliyyat vasitəsində işlək və möhürlənmiş taxoqrafların və doldurulmuş taxoqramların olması öhdəliyi müəyyən edilib”.
Deputat bildirib ki, yeni qanun layihəsinə əsasən əsasən bu tələb beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər üçün müəyyən olunur. Onun sözlərinə görə, qanun layihəsi ilə 3 əsas məsələdə dəyişiklik edilmiş olur: "Artıq taxoqraf və taxoqram tələbi sadəcə beynəlxalq yol hərəkəti zamanı deyil, həm də ölkədaxili (şəhərlərarası və rayonlararası) daşımalarda da tətbiq olunacaq; bu öhdəlik artıq sadəcə yük daşımalarında deyil, həm də sərnişin daşımalarında da tətbiq olunacaq; artıq bu öhdəlik beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulur".
V.Hüseynov qeyd edib ki, qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bu Qanunun tələblərinin pozulmasına görə müvafiq məsuliyyət (cərimə) müəyyən ediləcəkdir: Bu məsuliyyət sürücülərlə yanaşı həmçinin daşımaları təşkil edən fiziki və hüquqi şəxsləri əhatə edəcəkdir. Digər mühüm məsələ sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər və sürücülərin beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydalarının hansı orqan tərəfindən müəyyən olunduğu və bu qaydaların siyahısıdır”.
Deputat vurğulayıb ki, “Yol hərəkəti haqqında” qanuna əlavə olunması təklif edilən 6-1. maddənin 2-ci hissəsinə əsasən həmin qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti olması nəzərdə tutulur. //Trend
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












