Yeni seçilən deputat parlamentdə çətin duruma düşdü

Milli Məclisin dünən keçirilən iclasında maraqlı hadisə baş verib. Parlamentə yeni seçilən deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə «Avtomobil nəqliyyatı haqqında» qanun layihəsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrlə çıxış edərkən iki təklif səsləndirib. Maraqlısı budur ki, hər iki təklif qanun layihəsinin həm yeni, həm də köhnə variantında əksini tapıb. Lakin görünür, deputat layihə ilə tanış olmayıb və sənəddə yazılan məqamları yeni təklif kimi səsləndirib.
Qanuna edilən dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər sərtləşdirilib. Belə ki, avtobuslarla sərnişin daşımalarına «D» kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), eləcə də «D, E» kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, (yaşı 25-dən az və 65-dən çox olmayan və «D» kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaqlar.
Mövcud qanunvericiliyə görə, avtobuslarda sərnişin daşımalarına «D» kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, «DE» kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürüclük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılırlar. Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqadər sərnişin avtomobil nəqliyyatı vasitələrini idarə edən (avtobuslarla sərnişin daşıyan) sürücülərə dair tələblərin yenilənməsi məqsədilə hazırlanıb.
Araz Əlizadə də parlamentdə çıxışı zamanı bildirdi ki, qeyd olunan kateqoriyalar üzrə sürücülük vəsiqəsi 25 yaşdan sonra və ən azı 5 illik təcrübəsi olan şəxslərə verilməlidir. Deputatın bu çıxışı təəccüb doğurdu və yerdən digər deputatlar ona replika ataraq bildirdilər ki, dediyi məsələlərin hər ikisi qanunda əksini tapıb.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










