Yol göstərəcək “ağıllı” kəmər

Böyük şəhərdə bəzən lazımi yeri tapmaq çətin olur. Müasir texnologiyalar sayəsində bütün smartfon istifadəçiləri xəritədə mənzil başını tapa və marşrutu müəyyənləşdirə bilir. Lakin hərəkətdə olarkən, xüsusilə, məsələn, motosiklet sürərkən yolu azmamaq üçün xəritəyə baxmaq narahatlıq yaradır. Avtosfer.az ıctnews.az-a istinadən xəbər verir ki, italyan dizayner Marko Zaqariya problemi orijinal üsulla həll etməyi təklif edərək düzgün istiqaməti göstərən “ağıllı” kəmər icad edib. “Ubivade” adlanan aksessuar 16 vibrasiya motorunun quraşdırıldığı adi dəri kəmərdir. Vibrasiya sayəsində “Ubivade” lazımi yerə çatmaq üçün harada dönməyi əvvəlcədən deyəcək, eləcə də avtobus dayanacağı barədə xəbərdarlıq edəcək.
Qurğunun başlıca müsbət cəhəti diqqəti yayındıran displey və düymələrin olmamasındadır. İstifadəçi qarşıdan gələn adamla toqquşmaq riski ilə üzləşmir, eləcə də motosiklet və ya velosipeddə gedən zaman xəritəyə baxmaq üçün dayanmağa ehtiyac qalmır. Bunun üçün yalnız yola düşməzdən əvvəl smartfon əlavəsində lazım olan yeri qeyd etmək tələb olunur. Mobil qurğu ilə “Bluetooth” vasitəsilə birləşdirilmiş kəmər hara dönmək lazım olanda həmin tərəfdən vibrasiya siqnalı verəcək.
Hazırda “Kickstarter” saytında layihə şəklində olan “Ubivade” kəmərini 190 dollara sifariş etmək olar. Mavi, qəhvəyi və qara rəngli kəmər klassik və idman üslubunda istehsal ediləcək. Aksessuarın tədarükünə 2017-ci ilin fevralında başlamaq planlaşdırılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












