Yol kənarındakı təpələrin sökülməsi ilə bağlı rəsmi açıqlama - FOTOLAR

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, daha dəqiqi “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi işləri aparılır. «Azəryolservis» ASC-dən Avtosfer.az-a verilən məlumata görə, hazırda avtonəqliyyat vasitələri kiçik manevr etməklə “Şamaxinka” deyilən əraziyə daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Təpəcəyin bir hissəsinin götürülməsi ilə avtomobillər manevr etmədən düzünə həmin istiqamətdə rahat və maneəsiz şəkildə hərəkət edə biləcəklər.
Qeyd edək ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istər paytaxt Bakıda, istərsə də regionlarda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















