Yol nişanı qoyulub, amma qəza şəraiti yaradır - VİDEO

Yolda nişanların düzgün qoyulmaması sürücüləri çaş-baş salır. Hətta onlar qəza şəraiti ilə də üz-üzə qalırlar. Söhbət Paytaxtın Yasamal rayonu Nazim Hikmət küçəsilə Mətbuat prospekti ,Əbdürrəhim bəy Haqverdiyev və Mirəli Seyidov küçələrinin kəsişməsində olan dairədən gedir. Belə ki, Nazim Hikmət küçəsindən dairə istiqamətində qoyulan ''Dairəvi hərəkət '' nişanı götürülərək yerinə sağa hərəkət nişanı qoyulub. Bu isə o deməkdir ki, Nazim Hikmət küçəsindən gələn sürücülər üstünlüyə malikdirlər. Bu zaman isə parkətrafı yolla hərəkət edən sürücülər onlara yol verməlidirlər.
Nəqliyyat eksperti Ərşad Hüseynov isə bu nişanın götürülməsinin sürücülər üçün qəza şəraiti yaratdığını bildirir. Ekspert deyir ki, əgər parkətrafı yolla hərəkət edən avtomobillər Nazim Hikmət küçəsi tərəfdən hərəkət edən sürücülərə yol versələr, onda parkətrafı yolda sıxlıq yaranacaq. Bu da həm Mirəli Seyidov küçəsi ilə, həm də Mətbuat prospekti ilə kəsişmədə sıxlığa səbəb olacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












