Yol nişanı sağı göstərir, sürücülər sola gedir – VİDEO

Yolda piyada keçidi tikildiyi üçün avtomobillərin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib. Ancaq lazımi nizamlayıcı tədbirlər görülməyib. Söhbət paytaxtın Nobel prospektində yaranmış vəziyyətdən gedir. «Ağ şəhər» bulvar yoluna çatdıqda isə sağı göstərən yol nişanı olsa da çox sürücü sola dönür. Burada yol nişanının tələbini pozaraq qarşı tərəfin hərəkət zolağına çıxan sürücülər qəza riski liə üzləşirlər. Sürücülər qəza baş verərsə sığorta şirkətindən ödəmə tələb edə bilməyəcəklərini deyir. Təmir işlərinin uzun müddət davam edəcəyi təqdirdə müəyyən tədbirlərin görülməsini tələb edirlər.
«Ağ şəhər» bulvar yolu az işlək olduğundan mütəxəssislər problemin müvəqqəti olduğunu deyir. Ancaq ikitərəfli yol 4 zolaqlı edilsə problem də olmaz.
Plastmas arakəsmələrin yanına müvafiq yol nişanı yerləşdirmək də olar. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə təmirlə əlaqəli olaraq yol nişanının tələbini pozan sürücülərə güzəşt olunduğunu deyir. Bununla belə qəza zamanı bu sürücülər məsuliyyət daşıyacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












