Yol polisi 21 günə 203 min sürücüyə cərimə yazdı - DYP-dən açıqlama

DİN Baş Dövlət Yol Polisi İdarəsi bu ilin avqustun 1-dən 21-dək olan müddətdə respublikanın şəhər və rayonlarında keçirilən reydlərin nəticələrinə dair açıqlama yayıb. İdarrənin ictimai əlaqəlar şöbəsinin rəis müavini, polkovnik-leytenant İsa Deystanininin Avtosfer.az-a verdiyi məlumata görə, avqustun əvvəlindən başlanılaraq ölkə ərazisində yol hərəkəti təhlükəsiziliyinin təmin edilməsi, o cümlədən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin məsul vəzifəli əməkdaşları tərəfindən respublikanın şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının əməkdaşları ilə birlikdə avtomobil yollarında yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı geniş miqyaslı reydlər təşkil olunub. Belə ki, avqust ayının 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı 203 minə yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 1000-ə yaxın, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 110 mindən çox, nəqliyyat vasitələrinin idarə etmə hüququ olmadan idarə edilməsi üzrə 700-dən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 10 mindən çox, yol ayrıcını keçmə qaydalarının pozulması üzrə 10 minə yaxın, svetoforun qadağanedici işarəsinə əməl edilməməsi üzrə 4 mindən çox, qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitələrini texniki baxışdan keçirmədən idarə edilməsi üzrə 9 mindən çox və s. qayda pozuntusu aşkarlanıb.
Təkcə avqustun 20-dən 21-dək (həftənin şənbə və bazar günləri) keçirilən reydlər zamanı 22 mindən çox qayda pozuntusu, o cümlədən yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə təsir göstərən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 155 fakt, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 10 mindən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 500-dən çox qayda pozuntusu aşkar edilərək təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunublar: «Bununla yanaşı bildiririk ki, yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı reydlər davam etdirilir».
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini tövsiyə edir. Bununla da sürücülər həm özlərinin, həm də hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqlarını təhlükədən xilas etmiş olurlar.
Elməddin
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir











