Yol polisi "avtoş"u Yasamaldan Lökbatana qədər belə qovdu – Tutdu - VİDEO

Daxili İşlər Nazirliyi daha bir axtoxuliqanın həbsi ilə bağlı məlumat yayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıb. Avqustun 23-də Yasamal rayonu Kənar Dairəvi yolda vətəndaş Seymur Hənifəyevin idarə etdiyi “VAZ-2107” markalı 07-BF-711 dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib. Ancaq sürücü əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. Sürücünü görülən tədbir nəticəsində Lökbatan qəsəbəsində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü S.Hənifəyev İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 327.3 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati həbs edilib.
Elmin
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?















