Yol polisi avtoxuliqanlıq edib video çəkən 6 nəfəri həbs etdi

Şəki rayonunda avtoxuliqanlıq edən 6 nəfər sürcü saxlanılıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşlarının keçirdiyi reyd zamanı avtomobillərin sürətlə idarə edilməsi, qəza şəraiti və digər sürücü və piyadaların həyatına təhlükə yaradan faktlar aşkar edilib. Şəki ŞRPŞ-dən verilən məlumata görə, Şəki sakinləri Bəxtiyar Səfərli, Tərlan Quliyev, Mövlan Mövlamov, Sabir Həmidli və Toğrul Məmmədli saxlanılaraq polis şöbəsinə gətirilib: "Məlum olub ki, onlar şəhərin Səməd Ziya küçəsində bir yerə toplaşaraq abtomobillərlə təhlükəli manevrlər ediblər. Onlar etdiyi hərəkətləri videokameraya da çəkiblər. Lakin yol polislərinin gəldiyini görüb, videogörüntələri pozaraq qaçmağa çalışıblar. Onlardan bir nəfəri qaçmağa müvəffəq olub və hazırda həmin şəxsin axtarışları davam etdirilir. Saxlanılıan şəxslər çəkdikləri kadrları sosial şəbəkələrdə paylaşmaq niyyətində olublar».
Faktla bağlı araşdırmalara başlanılıb. Avtoxuliqanlıq edən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












