Yol polisi bahalı avtomobilləri "ştrafnoy"a yığdı - Nazirlərin qohumları da var

Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, avtomobili cərimə meydançasına aparılanlar arasında nazirlərin qohumları və digər məşhurların övladları da var. Bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır. Amma bu məbləğin cərimə, yaxud rüşvət olduğu bəlli deyil.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov sayta açıqlamasında faktı təsdiq edib. V. Əsədov bildirib ki, ötən həftə ərzində 47 belə avtomobil yol hərəkətindən uzaqlaşdırılıb: “Ötən həftə ərzində mühərrikinin səsboğucusuna müdaxilə edilən 47 avtomobil saxlanılıb və onlar yol hərəkətindən uzaqlaşdırılıb. Həmin maşınlar müvəqqəti dayanacaqlarda saxlanılır. Həmin avtomobillərdə mühərrikin qazanına müdaxilə edilib və səsboğucunu standarta uyğun olmayan səviyyəyə gətiriblər.
Polis polkovniki yol hərəkətinin düzgün təşkil olunması üçün avtomobil sürücülərinə müraciət edib: “İstehsal edilən hər bir nəqliyyat vasitəsi standarta uyğun, zavodun müəyyən etdiyi tələblər üzrə olmalıdır. Müdaxilə edilir, konstruksiya dəyişikliyi aparılırsa, əlavə avadanlıq qoyulursa, bu, qanunvericilik üzrə məsuliyyətdir və 500 manatdan 800 manata qədər cəriməsi var”.
Vaqif Əsədovun sözlərinə görə, cərimə meydançasına aparılan avtomobillər brend markalardandır: “Ötən həftə saxlanılan avtomobillər arasında bütün növ brend markalarından - “Gelenvagen”, “Volkswagen”, “Range rover”, “Lamborgihini” və başqa bahalı avtomobillər var. Bildirim ki, avtomobillərin saxlanılması markadan, dövlət nömrə nişanından asılı deyil. Kimliyindən asılı olmayaraq, qanunvericiliyin tələblərini pozan hər kəs tərəfimizdən saxlanılır və barəsində müvafiq tədbir görülür”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










