Yol polisi Bakıda ''Niva'' ilə "avtoş"luq edən sürücünü tapdı -VİDEO

Bakıda ''Niva'' ilə avtoxuliqanlıq edən sürücü peyda olub. Avtosfer.az xəbər verir ki, hərəkətləri ilə digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücü, bu azmiş kimi hələ avtomobilinə qadağan edilmiş siqnal da qoyub. Görüntülər Bakıda avtomobillərdən birindəki kamerayla çəkilib və sosial şəbəkələrdə yayılıb. Çəkən şəxs deyir ki, həmin sürücü avtomobilə qadağan edilmiş ''Fi-fa'' siqnalı da qoyub. Videoda görünən odur ki, sürücü, hətta qarşıdakı avtomobillərə yaxınlaşarkən eyni əməli təkrarlamaqla təhlükəli vəziyyət yaradır.
Yol hərəkəti üzrə ekspertlərin sözlərinə görə, avtoxuliqanlıq hərəkətlərinə görə sürücü 500-700 manat cərimə və ya 1 illik sürücülük hüququndan məhrum olmaqla yanaşı, bir ayda inzibati həbs edilə bilər. O ki qaldı qadağan edilmiş siqanala, buna görə sürücünü 500-800 manat məbləğində cərimə və siqnalın müsadirəsi gözləyir.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin görüntülər əsasında idarədə araşdırma aparılır. Artıq həmin avtomobilin dövlət nömrə nişanı və sürücünün kimliyi bilinir. Avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulması istiqamətində yol polisi araşdırma aparır.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










