Yol polisi Bakıda sürücünün qayda pozuntusunu belə sübut etdi – REAL VİDEO

Sürücü Ceyhun Mirzəyev bir neçə gün əvvəl Avtosfer.az-a müraciət edərək bildirmişdi ki, iyunun 3-də, saat 10:08-də A.Bakıxanov küçəsində qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmağı ilə bağlı ona elektron protokol tərtib olunub. Onun sözlərinə görə, protokoldakı şəkildən də göründüyü kimi, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində nizamlayıcı-inspektor olub və həmin inspektorun tələbi ilə sürəti artırıb qoşa xətti keçərək hərəkətin olmadığı qarşı hərəkət istiqamətinə çıxıb: «O küçə ilə hərəkət edənlər bilirlər ki, o yolu demək olar ki, hər gün belə boşaldırlar. Və 1.3 nişanlanma xəttini keçənin yalnız mən olmadığım, həmçinin arxada polis ekipajının olması sübutdur ki, bu, nizamlayıcının tələbi ilə edilib. Fikrimcə, bunu elektron protokolu tərtib edənlər də bilməlidirlər".
Sürücü məktubunda həmçinin qeyd edib ki, həmin protokoldan elektron qaydada Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova şikayət məktubu ünvanlayıb və protokola xitam verilməsini xahiş edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücünün bu müraciətini dərhal araşdırıb və həmin xətanın törədildiyi ərazidəki «Təhlükəsiz şəhər» kameralarının görüntülərini Avtosfer.az saytına təqdim edib. Görüntülərdən də məlum olur ki, həqiqətən də Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində YPX avtomobili dayanıb. Lakin yolda heç bir insektor yoxdur və sürücüyə heç kim qarşı yola çıxıb hərəkət etməsi ilə bağlı göstəriş vermir. «VAZ-21041» markalı, 90 OG 772 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əvvəlcə öz yolu hərəkət edir. Lakin arxadan təcili yardım maşını qarşı yola çıxaraq hərəkət edəndən sonra «Mercedes» markalı avtomobil də onun ardınca əks yolla hərəkətə başlayır. Bundan sonra «VAZ»ın sürücüsü də qarşı yola çıxır və hərəkəti davam etdirir. Hər iki tərəfdəki kamera görüntülərində sürücülərə hansısa inspektor tərəfindən qarşı yola çıxmaqla bağlı göstəriş verildiyi əksini tapmayıb.
Qeyd edək ki, bu videoda bir neçə avtomobilin qarşı yola çıxdığı əksini tapıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, onların hər birinə 100 manat, 4 bal cərimə yazılıb. DYP sürücülərin diqqətinə çatdırır ki, həqiqətən də həmin yolda bəzən sıxlığı aradan qaldırmaq və ya hansısa tədbirlə əlaqədar olaraq yolu boşaltmaq zərurəti yarandıqda orada xidmətdə olan YPX inspektorları qarşı yola çıxaraq hərəkəti davam etdirmələri barədə sürücülərə göstəriş verir. Bu zaman kameraların qeydə aldığı qayda pozuntularına xitam verilir. «Lakin konkret bu videoda heç bir inspektor sürücülərə qarşı yola çıxmaqla bağlı göstəriş vermədiyi üçün sürücülər cəriməni ödəməlidir» - deyə, DYP-dən Avtosfer.az-a bildiriblər.
Elməddin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
















