Yol polisi belə nömrə ilə maşın sürənlərə xəbərdarlıq etdi - VİDEO

Sovet istehsalı olan bu avtomobilin üzərindəki dövlət nömrə nişanı da elə o dövrə məxsusdur. 41-42- AQ sovet dövlət nömrə nişanlı bu ''Vaz-2106'' markalı avtomobil aeroport yolunda sürücülər tərəfindən çəkilib. Baxmayaraq ki, artıq bu nömrələr nəyinki Azərbaycanda bütün dünyada etibarsız hesab olunur.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə dövlət nömrə nişanlı avtomobillərin yollarda hərəkəti təhlükəlidir. Bu isə bir sıra suallar ortaya çıxarır. 25 ildir müstəqil olan Azərbaycanda belə maşınları indiyədək dövlət yol polisi görməyib? yaxud bu avtomobillər ümumiyyətlə texniki baxışdan keçmir? Bundan əlavə başqa problemlər də var bu avtomobillə hər hansı bir hadisə törədilərsə o sürücünü necə məsuliyyətə cəlb etmək olacaq? Maraqlısı budur ki, heç müasir kamera və radarlar da bu avtomobillərin xətalarını qeydə ala bilmir.
Ekspertin sözlərinə görə, sovet dövlət nömrə nişanı ila avtomobili idarə edən sürücü aşkar edilərsə ona hansısa cərimə yazılıb sərbəst buraxılmamalıdır. Məcburi şəkildə avtomobil yenidən qeydiyyata alınmalıdır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, belə avtomobillər "Təhlükəsiz şəhər" kameraları vasitəsi ilə aşkar edilirsə dərhal həmin ərazi üzrə xidmətdə olan yol ptarul avtomobillərinə xəbər verilir və yol hərəkətindən kənarlaşdırılır. Bölmə rəisi avtomobilini standarta uyğun olmayan nömrə ilə idarə edən sürücülərə xəbərdarlıq etdi.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












