Yol polisi bir gündə 300 qadın sürücünü saxladı - FOTOLAR

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən qadın sürücülərlə bağlı reyd keçirilib. Bakının müxtəlif küçə və prospektlərində keçirilən reydlər zamanı 300-dən artıq qadın sürücü yol polisləri tərəfindən saxlanılıb. Lakin bu dəfə onlara cərimə yazılmayıb. Yol polisləri nizam-intizama əməl edən, təhlükəsizlik kəmərindən istifadə edən, yol hərəkəti qaydalarını pozduğü üçün cərimələnməyən xanımlara müxtəlif qiymətli hədiyyələr və gül təqdim ediblər. Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu gün səhər saatlarından başlayaraq paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunub. Reydlər axşam saatlarında qədər davam edəcək. Saxlanılan qadın sürücülər hədiyyələrlə mükafatlandırılıb: «Xanım sürücülər arasında təhlükəsizlik kəmərindən istifadə edənlər çoxdur, lakin onlar avtomobilin yan və salondakı güzgülərindən bəzən yalnız özlərinə baxmaq üçün istifadə edirlər. Bundan əlavə, kişi sürücülərə nisbətən xanım sürücülər sükan arxasında mobil telefondan daha çox istifadə edirlər. Dövlət Yol Polisi olaraq xanımlara təbrik edirik. Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə, nənələrimizə isə uzun ömürlü olmağı arzu edirik. Xanım sürücülərə təhlükəsiz yol arzulayaraq qaydalara əməl etməyi tövsiyyə edirik».
Qeyd edək ki, yol polisinin keçirdiyi reyd İTV, ANS telekanallarında, 103 radiosunda canlı yayımlanıb.
Avtosfer.az DYP-nin xanım sürücülər üçün nəzərdə tutduğu hədiyyələrin fotolarını və siyahısını təqdim edir:
1- «Azersun Holdinq» Şirkətlər Qrupu – Qida məşsulları
2 - «Elinox» soyuducu vitrinlər və mətbəx avadanlıqları – (Avtosfer.az saytı ilə birlikdə) məişət əşyaları
3- «ATA Sığorta» - pulsuz sığorta
4 – «Ağ Çiçəyim» - güllər
5 – SOCAR Petrolium – pulsuz yanacaq və kontaktsız avtoyuma
6- «Nişantaşı» restoranı – iki nəfərlik pulsuz şam yeməyi
7 – «Likon» şirkəti – pulsuz danışıq kartı
8 – 188 yükdaşıma və evakuasiya xidməti – hədiyyə kartı
9- Procter&Gamble – Müxtəlif hədiyyələr
10 – Video.az – kosmetika məhsulları
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçirilir. Aksiya zamanı yol polisləri şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərinə tam əməl edən xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edirlər.
Dövlət Yol Polisi və Avtosfer.az saytı bütün xanım sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü Münasibətilə təbrik edir, onlara təhlükəsiz yol arzulayır.
Elmin
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO









































