Yol polisi bu sürücüləri cərimələməyə başlayır - DİQQƏT

Azərbaycanda texniki baxışdan keçməyən xarici ölkə istehsalı olan avtomobillərlə bağlı reydlərə başlanılıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib. K.Əliyev qeyd edib ki, reydlərə avqustun 1-dən start verilib: “Mayın 1-dən xarici ölkə istehsalı olan avtomobillərə texniki baxışdan keçmək üçün 3 ay vaxt verilib. Bu vaxt artıq başa çatıb. Bu müddət ərzində texniki baxışdan keçməyənlər indi də müraciət edib avtomobilini texniki baxışdan keçirə bilərlər. Çünki texniki baxışdan keçirilməyən nəqliyyat vasitəsinin idarə olunmasına görə, həm fiziki, həm də hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunur və bunun üçün 50, 100 və 300 manat məbləğində cərimə nəzərdə tutulub. Sürücülər əlavə cərimələr ödəməmək üçün avtomobillərini vaxtında texniki baxışdan keçirməlidirlər”.
K.Əliyev bildirir ki, texniki baxışdan keçmədiyi üçün hansısa sürücü barəsində inzibati protiokol tərtib olunarsa, 10 gün ərzində həmin xəta aradan qaldırılmadığı halda, yəni, avtomobil texniki baxışdan keçməsə, sürücüyə yenidən protokol tərtib ediləcək.
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər










