Yol polisi bu yolla bağlı MMX protokolların hamısını ləğv etdi - VİDEO

Bakı-Qazax yolundan istifadə edən bir neçə sürücü yolun Kürdəmir-Nəvai arasındakı ərazisindəki yol nişanı 110 sürətini göstərdiyi halda, həmin sürətlə hərəkət etmələrinə baxmayaraq 90-la radara düşdüklərini bildiriblər. Bunun necə baş verdiyinə isə Baş Dövlət Yol Polisi İarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev aydınlıq gətirib. Avtosfer.az-ın məlumatına görə, DYP rəsmisi bildirib ki, Nəvai-Kürdəmir arasındakı magistral yolda təmir işləri başa çatdırılıb və sürət həddi artırılıb. Kamran Əliyev hadisədən xəbərdar olduqlarını və dərhal baş vermiş yanlışlığa görə tədbirlər görüldüyünü vurğulayıb. Şöbə rəisi həmin məsələyə görə protokol yazılan sürücülərin probleminin artıq aradan qaldırıldığını deyib. Onun dediyinə görə, proqramlaşdırmada gecikmə olduğu üçün bir neçə sürücüyə yalnış elektron protokol tərtib edilib. Amma bu protokolların hamısının icrasına xitam verilib və buna görə heç bir sürücü məsuliyyətə cəlb edilməyəcək.
Baş Dövlət Yol Polisindən verilən məlumata görə, Nəvai-Kürdəmir arasındakı magistralda artıq texniki işlər yekunlaşıb. Yəni radarlar artıq saatda 90 yox, 110 kilometr həddinə uyğun tənzimlənib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










