Yol polisi bütün bölgələrdə reydləri davam etdirir – Sərxoş sürücülər tutuldu - FOTOLAR

Yol polisi ölkə üzrə kütləvi reydləri davam etdirir. Avqustun 23-də Göygöl rayonunda da reyd keçirilib. DİN Baş Dövlət Yol Polisi İdarəsinin reydin nəticəsinə dair Avtosfer.az-a verdiyi məlumatda bildirilir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində dövlət yol polisi əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Yay mövsümü ilə əlaqədar, havaların isti keçməsi əhalinin respublikanın daha sərin, təbiətcə səfalı guşələrinə səfər etmələrinə zəmin yaradır. Belə güşələrdən biri də öz füsünkar təbiəti ilə seçilən Göygöl rayonudur.
Dövlət yol polisi əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində, o cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı mütəmadi olaraq aparılan profilaktiki tədbirlərə baxamayaraq təəssüflər olsun ki, bir çox şəxslərin hələ də spirtili içki qəbul edərək nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmə hallarına rast gəlinir.
Avqust ayının 23-də DIN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları tərəfindən Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə birlikdə Göygöl rayonu ərazisində keçirilən reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər akşar edilərək inzibati məsuliyyətə cəlb olunub. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.
Elməddin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var



















