Yol polisi deputatı cərimələdi - "200-lə gedəni saxlamırlar, bizə cərimə yazırlar"

Milli Məclisin iclasında millət vəkilləri və partiya sədrləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin yol polisi tərəfindən müxtəlif vaxtlarda saxlanılmasından şikayətləniblər. Avtosfer.az xəbər verir ki, Tahir Kərimli bildirib ki, bir neçə gün öncə parlamentdə təmsil olunan partiyalardan birinin təşkil etdiyi tədbirə gedərkən dövlət yol polisi əməkdaşları maşını saxlayıb və cərimə yazdılar: “ Problem ondadır ki, cəriməni yerində ödəməyə imkan vermədilər”. Millət vəkili bildirib ki, deputatlara qarşı bu cür münasibət yol verilməzdir: “Deputat inzibati xətaya yol veribsə, Milli Məclisə müraciət olunmalıdır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq tədbir görülməlidir”.
Deputat Fəzail Ağamalı həmkarının fikirlərini dəstəkləyib. Onun sözlərinə görə, birinci dəfə deyil ki, millət vəkillərinə bu cür hal baş verir, bunlar aradan qaldırılmalıdır. Fəzail Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub. O bildirib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: “Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.
Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur: “Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.
Elməddin
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










