Yol polisi hakimlərin maşınlarını cərimə meydançasına apardı - SENSASİYA

Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib. Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə rayon Şöbəsinin cərimə meydançasına aparılıb. Yol polisi reyd zamanı Bərdə rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb. Lent.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin iki hakiminə məxsus "Toyota Prado" və "Hyundai Elantra" markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib.
Moderator.az -a verilən məlumata görə, polis rəisi polkovnik leytenant İlqar Məmmədov Bərdə rayon məhkəməsinin iki hakiminə məxsus “Toyota Prado” və “Hyundai Elantra” markalı minik avtomobillərini məhkəmə binasının qarşısından götürdərək cərimə meydançasına apartdırıb. Hadisənin şəxsi ədavət nəticəsində baş verdiyini hər iki hakim Moderator.az- a təsdiqləyib. Hadisə şahidlərinin sözlərinə görə, əslində həmin ərazidə heç bir reyd keçirilməyib. Sadəcə polis rəisi qərəzli şəkildə hər iki hakimə məxsus avtomobili cərimə meydançasına apartdırıb. Əldə etdiyimiz məlumata görə, polis rəisi bu hərəkəti ilə hakimləri özünə tabe etdirmək istəyir. Hazırda hər iki avtomobil cərimə meydançasındadır.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












