Yol polisi iki futbolçumuzu saxladı

“Qarabağ”ın futbolçusu Qara Qarayev və “İnter”in yarımmüdafiəçisi Mirhüseyn Seyidov xoşagəlməz halla üzləşiblər. Mürhüseyn Seyidov və Qara Qarayev 20 Yanvar dairəsi yaxınlığında polis tərəfindən saxlanılıb. Avtosfer.az apasport.az-a istinadən xəbər verir ki, DYP əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün Seyidovun idarə etdiyi “Hyundai” markalı minik avtomobilini saxlayıb. Bu zaman Qarayev DYP əməkdaşına 2 gün sonra çexiyalılarla vacib oyunlarının olduğunu bildirərək, onlara güzəşt edilməsini və Seyidova hansısa cərimənin yazılmamağını xahiş edib. Buna baxmayaraq, DYP əməkdaşı fikrindən dönməyib və Seyidova protokol tərtib edib.
Xatırladaq ki, “Qarabağ” - “Viktoriya” qarşılaşması 2 gün sonra baş tutacaq. Bir həftə öncə Plzendə keçirilən oyunda hesab açılmamışdı.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












