Yol polisi iki gündə 22 min sürücünü cərimələdi – 150-si sərxoş çıxdı -FOTOLAR

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustuın 23-24 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb. İdarədən Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər davam etdirilir. Respublika ərazisində keçirilən reydlər zamanı son 2 gün ərzində - 23-24 avqust tarixlərində 22 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 150-dən çox sürücü aşkar edilib. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təkcə Göygöl rayonu ərazisində son 2 gün ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 38 sürücü aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının faciəvi sonluqla nəticələnməsini bir daha sürücülərin diqqətinə çatdıraraq, yol hərəkəti qaydalarına ciddi əməl etmələrini onlardan tələb edir.
Elməddin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var





















