Yol polisi internetdə videosu yayılan sürücüləri tutmağa başladı - VİDEO

Betonqarışdıran avtomobilin sürücüsünün təhlükəli hərəkətləri bir neçə gün əvvəl paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, avtomobili gah sağa, gah da sola sürdüyü üçün ilk baxışdan sərxoş olduğunu düşünmək olar. Ancaq qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaratması belə olmadığını göstərir. Digər sürücülərdən biri avtomobildən enərək ona irad da tutur. O, təhlükəli hərəkətlərindən qalmır və özünə haqq qazandırır. Şahidlərin sözlərinə görə, Babək prospektində, keçmiş avtomobil bazarının yaxınlığında sürücülər süni tıxac yaradaraq onu dayandırıb döyüblər. Ancaq onun ilk və tək belə ağır tonnajlı avtomobil sürücüsü olmadığını deyən minik avtomobillərinin sürücüləri narahatdır.
Sürücünün özbaşnalığından Bakı şəhər Dövlət Yol Polisi İdarəsində də xəbərdardırlar. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədovun sözlərinə görə, son vaxtlar internet saytlarında və sosial şəbəkələrdə yayılmış 7 beləsürücü barəsində araşdırmalar aparılıb, 5 sürücünün həqiqətən də qayda pozduğu aşkar edilidiyindən onlar cərimə olunublar.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












