Yol polisi kameralarının funksiyaları artırıldı - DİQQƏTLİ OLUN

Kəmərsiz sürücüləri artıq təhlükəsizlik kameraları da gözdən qoymayacaq. Piyada ayağını piyada zolağına qoyan kimi avtomobili dayandırmağına ehtiyac yoxdur, ona mane olmursansa, ötüb keçə bilərsən. Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsində sürücüləri gözləyən yeniliklər bununla bitmir. Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna deyib ki, artıq sürücülər yollarda daha diqqətli olmalıdırlar, çünki təhlükəsizlik kameralarının funksiyaları artırılıb.
Hüquqşünas deyir ki, əvvəlki Məcəllədə inzibati xətaya görə məsuliyyətə cəlbetmə 2 ay nəzərdə tutulurdusa, indi bu müddət 1 ildir: “Yəni əvvəllər sürücünün yol verdiyi xəta barədə iki ay sonra protokol tərtib edirdilərsə, sürücü 2 aylıq müddəti əsas gətirib hüquqlarını müdafiə edə bilərdi. Ancaq indi onun bu imkanı daralır”.
Ərşad Hüseynov deyir ki, sürücü yola təhlükəsizlik kəmərini bağlamadan çıxarsa, bu zaman təhlükəsizlik kamerası bunu qeydə alacaq və sürücü barədə elektron protokol tərtib ediləcək: “Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












