Yol polisi kəmər taxmayan sürücü və sərnişinlərə qarşı hərəkətə keçdi - VİDEO

Yol polisi kəmər taxmayan sərnişinlərə qarşı reyd keçirib. Buna səbəb sərnişinlərin xəsarət alması və ya ölümlə nəticələnən yol qəzalarının sayının artmasıdır. Belə faktların azalması üçün isə yol polisiləri geniş miqyaslı reydləri davam etdirir. Kəmər taxmayan sərnişinlər qanuna müvafiq olaraq 30 manat miqdarında cərimə olunur. Son 3 gün ərzində 300 -ə yaxın sürücü bu xətaya görə cərimə olunub.
Sərnişinin üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmasa belə, onun kimliyi yol polislərinə verilən bort kompüter vasitəsi ilə müəyyən edilə bilir. Elə reyd zamanı da belə fakt aşkarlandı.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlmasında bildirib ki, hətta avtomobilin arxa oturacaqının təchizatında kəmər varsa və sərnişinlər ondan istifadə etmirsə, onlar da 30 manat miqdarında cərimələnəcək.
Müşahadiələr isə onu göstərir ki, hazırda ölkə yollarında minik avtobilində kəmər taxan sərnişinlərin sayı çox azdır. Yəqin yol polisinin keçirdiyi reydlər nəticəsində sərnişinlərdə kəmər taxmaq vərdişinə yiyələnərlər.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












