Yol polisi kütləvi reydlərə başladı - Sürücülərə xəbərdarlıq

Avqustun 1-i və 2-də respublika yollarında keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, 154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub.
Şöbə rəisi bildirib ki, reydlər avqustun sonuna qədər davam edəcək: “Respublika ərazisində reydlər təşkil olunub. Reydlər yalnız şənbə və bazar günləri deyil, həftə boyu bütün regionlarda keçirilir. Sürücülərimiz yola çıxmazdan əvvəl nəzərə alsınlar ki, yay mövsümündə, xüsusilə də avqust ayında məzuniyyətdə olan insanların sayı daha çoxdur və yollarda hərəkətin intensivliyi də kifayət qədər artır. Sürücülərin yol hərəkəti qaydalarına riayət etmələri mühüm əhəmiyyət daşıyır. İl ərzində ən çox yol-nəqliyyat hadisələri məhz iyul-avqust aylarına təsüdüf edir. Yollarda hərəkətin intensiv olması, intizamsız sürücülərin yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaları, bəzən istirahət mərkəzindən qayıdan insanların sərxoş vəziyyətdə sükan arxasına oturmaları, sürət həddinə əməl etməmələri və digər bu kimi qayda pozuntuları son nəticədə ağır qəzalara gətirib çıxarır”.
K.Əliyev deyib ki, belə halların qarşısını almaq üçün yol polisinin bütün şəxsi heyəti artıq səfərbər olunub və regionlarda reydlər gündəlik keçiriləcək: “Sürücülərdən xahişimiz odur ki, yola çıxarkən bu qaydalara, yollarda sürət həddinə ciddi riayət etsinlər, özlərinin və avtomobildə olan sərnişinlərin, ailə üzvlərinin həyatını təhlükəyə atmasınlar”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










