Yol polisi maşın təmiri sexlərinə nəzarəti gücləndirir - Reydlər başlayır - VİDEO

Yol polisinin arayışı olmadan qəzaya uğryan avtomobili təmir edən ustalar cərimələnir. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə bir o qədər də ciddi əməl olunmurdu. Avtosfer.az-ın məlumatına görə, artıq yol polisləri bu cür təmir sexlərində reydlər keçirəcəklər. Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə də var.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, arayışın tələb olunması həm "Yol hərəkəti haqqında" qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır. Eyni zamanda, həmin avtomobil sürücüsünü hadisə ilə bağlı yol polisinə vermədiyi məlumat üçün inzibati qaydada protokol tərtib edilə bilər. Ona görə də yol-nəqliyyat hadisəsi baş verirsə, dəymiş maddi zərərlə, yaxud tələblər arasında dəymiş maddi zərərin məbləğindən və şikayətin olub-olmamasından asılı olmayaraq, hadisə mütləq dövlət yol polisində qeydiyyatdan keçməli, arayış tərtib edilməlidir.
Kamran Əliyev, bunun ancaq qəzaya uğramış avtomobillərə aid olduğunu deyir.
Burda əsas məqsəd gizlədilən qəzaların aşkarlanmasıdır. Şöbə rəisinin sözlərinə görə, yol-nəqliyyat hadisələrində ölümlə nəticələnən və bağlı qalan bir neçə hadisə belə yoxlamalar zamanı aşkara çıxıb. Ona görə də yol polisi rəngsazların, avtomobil təmiri sexlərinədə mütəmadi olaraq araşdırmalar aparırlar.
15 ildir avtomobil rəngləmə işi ilə məşğul olan usta Vaqif Əmirxanov da qəzalı avtomobilləri polisin icazə sənədi olmadan təmir etmədiyini deyir. O, hətta ayda 4-5 belə sürücünü geri qaytardığını da bildirdi.
Sürücülər isə heç vaxt belə bir probləmlə üzləşmədiklərini deyirlər. İstənilən vaxt avtomobildə əzik və ya rənglənmə işini rahatlıqla təmir etdirdiklərini bildirdilər.
Belə faktların qarşısını vaxtında almaq üçün yol polisi nəzarəti gücləndirib. Hətta vətəndaş avtomobilini boyanmamış vəziyyətdə idarə etdiyi halda, yol polisi tərəfindən saxlanılıb, səbəbləri araşdırıla bilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












