Yol polisi nömrəni gizlədib "avtoş"luq edən "Niva" sürücülərini axtarır - VİDEO

Sosial şəbəkələrdə paytaxt yollarında avtoxuliqanlıq edən bir neçə sürücünün görüntüləri yayılıb. Onlar polisdən və texniki vasitələrdən gizlənmək üçün nömrələrini də bağlayıblar. Polis isə görüntülər əsasında onların müəyyən ediləcəyini bəyan edir. Həmin şəxsləri hansı cəza gözləyir?
"Niva" markalı 2- 3 avtomobil paytaxt küçələri ilə sürətlə hərəkət edir. Avtomobillərin arasından təhlükəli keçidlər edən sürücülər həm özlərinin, həm də digərlərinin həyatını təhlükəyə atırlar. Hətta qəza baş verir və avtomobil piyada keçidinin üstünə qalxır. Sosial şəbəkələrdə yayılan bu görüntülərin bir hissəsi paytaxt yollarında çəkilib.
Tanınmamaq üçün nömrələri gizlədilən avtomobillərin nə zaman çəkildiyi dəqiq göstərilməsə də, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov araşdırma aparılacağını deyir. Bu sürücülər aşkarlanarsa, avtoxuliqanlıq etdikləri üçün məhkəmə yolu ilə 1 il sürücülük hüququndan məhrum edilə, 500-750 manat cərimə, yaxud da 1 aya qədər həbs edilə bilərlər. Avtomobilin arxa stoplarına yanıb- sönən işıqlar quraşdırdıqları üçün cərimələrinə 150 manat da əlavə olunacaq. Lakin cərimələri bununla da yekunlaşmır. Avtomobili nömrəsi gizlədilmiş idarə etdikləri üçün sürücülərə 60 manatlıq cərimə və 4 bal tətbiq ediləcək.
Vaqif Əsədov bilidirir ki, belələri adətən vaxtı bitmiş nömrələrlə avtomobili idarə edirlər, amma bu da cərimədir. Əgər avtomobilin üzərində olan tranzit nömrənin vaxtı bitibsə, bu zaman sürücü 50 manat miqdarında cərimə olunur. (“Xəzər TV”)
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










