Yol polisi qayda pozuntularına fərq qoyur? - DYP razılaşmır, amma …. VİDEO

Bəzi yol hərəkəti qaydaları var ki, sürücülər həmin qaydaları pozmalarına baxmayaraq cərimə olunmurlar. Hətta belə qayda pozuntuları müşahidə kameralarının olduğu yollarda pozulur. Söhbət piyada keçidi qarşısında olan «Stop» xəttinin keçilməsindən, manevr etmə, eləcə də işıqforun sarı işığından keçilmə qaydasından gedir. Yol polisi isə belə sürücülərə xəbərdarlıq edir.
Sürücülər piyada keçidi qarşısında olan «Stop» xəttini keçdikdən sonra avtomobili saxlayıblar. O biri yolda isə yük avtomobilinin sürücüsü sola dönmək üçün sağ zolaqdan istifadə edir. Bu görüntülər paytaxtın «Nərimanov» metrostansiyası yaxınlığından və Nobel prospektindəndir.
«Yol hərəkəti haqqında» qanunda göstərilir ki, sürücülər sola və geriyə dönərkən sol zolaqla hərəkət etməlidirlər. Ancaq yollarda bəzi sürücülər var ki, sol zolağı tutmalı olduğu halda, sağ zolaqdan sol və geriyə dönürlər. Özü də bütün bunlar «Təhlükəsiz şəhər» kameralarının qarşısında baş verir.
Əksər hallarda bəzi yol hərəkəti qaydaları müşahidə kameralarının görüntü dairəsində olmasına baxmayaraq sürücülər cərimə olunmurlar.
Ekspertlər deyirki, belə qayda pozuntularına yol verən sürücülər cərimələnmədikdə növbəti dəfədə eyni qaydanı pozmuş olurlar ki,nəticədə də, yolda olan digər hərəkət iştirakçıları üçün təhlükə yaranır. Ekpertlər hesab edir ki, bu cür qayda pozuntularına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bunun cəzasız qalması isə sürücüləri daha ços xəta törtməsinə səbəb olur.
Kameralar vasitəsi ilə qerydə alınan qayda pozuntularının əksəriyyəti məhz sürət həddinin aşılması, dayanma-durma qaydalarının pozulması qadağan edilmiş istiqamətlərdə hərəkət və sairə ilə bağlı olur. Hansı ki, bunları müşahidə etmək daha asandır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə sürücülər və ekspertlərin dedikləri ilə razılaşmır. Qayda pozuntuları arasında fərq qoyulmadığını deyən bölmə rəisi sürücülərə də xəbərdarlıq edir.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










