Yol polisi qəzaların səbəbini açıqladı – Sürücülər yuxulayır

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət ünvanlayıb. İdarədən Avtosfer.az-a daxil olan məlumata görə, son günlər respublikanın avtomobil yollarında günorta saatlarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qəzaların sürücülərin məhz sükan arxasında yuxuya getmələri səbəbindən baş verməs üzə çıxıb. Bununla yanaşı, sabahdan ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 42 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, günün isti vaxtlarında soyuducu sistemlərlə təchiz olunmamış və istismar müddəti çox olan avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmasınlar: "Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük versinlər, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə etsinlər".
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












