Yol polisi sığortasız maşınları cərimə meydançasına aparır - TƏLƏSDİLƏR

Dünən bir sürücü Avtosfer.az-a müraciət edərək bildirdi ki, avtomobilini icbari sığorta etdirmədiyinə görə DYP əməkdaşı onu yolda saxlaaraq avtomobilini mühafizə olunan duracağa aparıb. Maraqlıdır ki, bu gün də eyni sualla başqa bir sürücü müraciət etdi. Ardıcıl iki belə fakt barədə məlumatın bizə çatması bu qənaətə gəlməyə əsas verir ki, deyəsən, bəzi DYP əməkdaşları mətbuatda eşitdiklərini artıq qüvvəyə minmiş qanun sayaraq operativ fəaliyyətə keçiblər.
Belə faktları təəssüflə qeyd edərək həm sürücülərin, həm də DYP əməkdaşlarının nəzərinə çatıdırıram ki, icbari sığortanın olmamasına görə hər hansı nəqliyyat vasitəsi mühafizə olunan duracağa aparıla bilməz. Yolda hərəkətdə olan nəqliyyat vasitəsinin mühafizə oluanna duracağa aparılmasına yol verilən hallar İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 406-cı maddəsində konkret sadalanır. Həmin hallar sırasında sığortaya aid hər hansı müddəa yoxdur. Ona görə də hər hansı sürücünün avtomobilini icbari sığorta olmadığına görə cərimə meydançasına aparmaq DYP əməkdaşının öz səlahiyyət həddini aşkar pozduğu özbaşınalıqdır.
Məlumat üçün bildirirəm ki, “Yol hərəkəti haqqında” Qanunun 14-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin yol hərəkətində iştiraka buraxılması şərtlərindən biri də onun sahibinin mülki məsuliyyətinin icbari sığortasının olmasıdır. Amma bu tələbin pozulmasına görə hazırda yalnız İXM-in 253-1.3-cü maddəsində cərimə (fiziki şəxs üçün 50, vəzifəli şəxs üçün 100, hüquqi şəsx üçün 300 manat) nəzərdə tutulur. İcbari sığortası olmayan sürücünün avtomobilinin mühafizə olunan duracağa qoyulması isə hələ ki, sığortaçıların ideyasıdır. Bu ideyanın reallığa çevriləcəyi sualına isə ən azından Milli Məclisin növbəti tərkibi cavab verəcək.
Düzdür, dünyanın bəzi ölkələrində belə yanaşma var. Amma bunu ölkəmizdə tətbiq etməklə paralel icbari sığorta işində bəzi məsələləri də həll etmək zəruridir. Həll edilməsi zəruri olan əsas məsələ sürücünün virtual (online qaydada) icbari sığorta etdirməsinin mükünlüyü məsələsidir. Yəni elə sistem qurulmalıdır ki, sürücü hər hansı sığorta şirkətinə getmədən, sığorta agentinə müraciət etmədən öz evində, iş yerində və ya yolda nağdsız ödəniş edərək məsuliyyətini sığortalatdıra bilsin.
Sürücülərə isə məsləhətim odur ki, icbari sığortaya barmaqarası baxmasınlar. Sığortasız yola çıxmaq sizə ən azından 50 manat cəriməyə başa gələcək.
Ərşad Hüseynov,
hüquqşünas
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










