Yol polisi sürücülərə dəm qazı ilə bağlı - Xəbərdarlıq edir

Yol polisi ölkədə keçirilən “Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Trend-ə bildirib ki, ölkədə “Təmiz hava” aylığı keçirilir: "Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər. Ola bilər ki, özləri də bilmədən avtomobillərinin ixrac etdiyi dəm qazı normadan artıq olsun. Sürücülər əlavə cərimə olunmamaları, ətraf mühitin və insanların sağlamlığının qorunması üçün avtomobillərinin havaya buraxdığı dəm qazının normasını yoxlatdırsınlar. Əgər nasazlıq varsa, aradan qaldırsınlar”.
Qeyd edək ki, avqust ayının 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək. Məqsəd atmosferin çirklənməsinə nəzarətin gücləndirilməsinin və havanın avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










