Yol polisi sürücülərin bu "işinin" üstünü açdı - Kamera çəkir - VİDEO

Bir çox sürücü qəza işıqlarını yandıraraq avtomobili dayanma-durmanın qadağan edildiyi yerdə saxlayır. Yol polisi yaxınlaşdıqda isə maşını sürüb ərazidən uzaqlaşırlar. Yol polisi belə sürücülərə xəbərdarlıq edir. Qadağan edilmiş ərazilərdə hətta bir neçə dəqiqəlik maşın saxlayanlar da kameralar vasitəsilə lentə alınacaq, cərimələnəcək və ünvanlarına protokol göndəriləcək. Çünki yolun kənarında dayanma və durmanı qadağan edən nişan olsa da, sürücülər avtomobilin qəza işıqlarını yandıraraq ərazidə dayanırlar. Baxmayaraq ki, yaxınlıqda kameralar var. Hazırda bir çox sürücü bu tələbə yalnız ərazidə yol polisi olduqda riayyət edirlər. Belə sürücülər yol polisi olmadıqda isə avtomobili qadağan edilmiş ərazidə saxlayırlar.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirir ki, dayanma və durmanı qadağan edən nişanın təsir zonasında hətta avtomoli qısa müddətlikdə olsa saxlamaq qadağandır.
Bölmə rəisi bildirir ki, bir çox sürücü tələbləri pozduğu halda bəhanə gətirərək cərimədən yayınmaq istəyir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












