Yol polisi sürücünü tutmaq üçün «Mercedes»in şüşəsini sındırdı - VİDEO

Sosial şəbəkələrdə Bakıda yol polisi əməkdaşlarının sürücünü tutmaq üçün onun avtomobilinin şüşələrini sındırmasını əks etdirən video yayılıb. Avtosfer.az-ın məlumatına görə, Meydan TV-nin yaydığı video qış aylarında Yasamal rayonunda çəkilib. «Mercedes» markalı, 90 EF 195 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol polislərinə tabe olmadığı üçün DYP əməkdaşları avtomobili süni sıxlıq yaratmaqla saxlaya biliblər. Lakin sürücü maşının qapılarını və şüşələrəi bağlayaraq yol polisinə tabesizlik göstərib. Vəziyyəti belə görən DYP əməkdaşları həm də yolda tıxac yaranmaması üçün «Mercedes»in yan şüşəsini sındırmalı olublar. Yalnız bundan sonra sürücü qapını açaraq maşından düşüb. Yol polisi isə onun qolunu buraraq 99 YP 426 dövlət nömrə nişanlı YPX avtomobilinə mindiriblər. Sürücünün avtomobilini isə DYP əməkşdaşı idarə edərək cərimə meydançasına aparıb.
Yasamal rayonu ərazisində baş vermiş bu hadisəni hihirtəməyə çalışmaq doğru deyil. Hər halda, sürücü qapıları bağlayıb maşında oturursa, yol polisi də altına stul qoyub oturub sürücünün öz kefi ilə nə vaxt maşından düşəcəyini gözləməli deyildi. Tabe olmayan sürücüləri başqa ölkələrdə güllə ilə vururlar, ya da boynundan tutub asfaltın üstünə uzadaraq qolunu qandallayıb aparırlar. Bu baxımdan, bu videoda yol polisinin davranışında hansısa hüquq pozuntusu axtarmağa dəyməz…
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










