Yol polisindən nömrə ilə bağlı yeni açıqlama – Pulsuz olacaq

Baş Dövlət Yol Polisi İdarəsinin avtomobillərin dövlət nömrə nişanında defis (-) işarəsinin pozulmasına görə sürücülərə xəbərdarlıq edərək bir ay vaxt verməsi ciddi müzakirələrə səbəb olub. Bu gün Avtosfer.az məsələyə bir daha aydınlıq gətirmək üçün Baş DYPİ-yə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, burada narahat olunası heç bir məqam yoxdur. Çünki söhbət nömrənin tam olaraq dəyişdirilməsindən yox, sadəcə həmin işərənin bərpa edilməsindən gedir: "Bunun üçün nömrəni dəyişdirmək lazım deyil. Artıq Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıqlar və avadanlıqlar verməklə DYP-nin rayon şöbələrini təlimatlandırıb. Sürücülər bir ay ərzində istənilən rayonun DYP şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, DYP-nin stasionar postlarına, hətta yollarda xidmət aparan bəzi DYP avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bütün əməkdaşlara göstəriş verilib. Hətta yolda da DYP əməkdaşlarına yaxınlaşıb soruşmaq olar. Əgər avtomobildə müvafiq avadanlıqlar varsa dərhal nömrəni standarta uyğun hala gətirib sürücüyə təhvil verəcəklər. Artıq bir neçə DYP avtomobilində belə avadanlıqlar var. Əməkdaşlar səliqə ilə həmin defiz işarəsini bərpa edə bilirlər. Bir ay ərzində heç bir sürücüyə cərimə yazılmayacaq. Lakin bir aydan sonra buna görə cərimə tətbiq olunacaq".
Kamran Əliyev sürücüləri sevindirəcək xəbər də verib. Bildirib ki, nömrədəki defis işarəsinin bərpa edilməsinə görə heç bir ödəniş tələb olunmur: "Pulsuzdur".
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib. O qeyd edib ki, avtomobillərin dövlət qeydiyyat nişanındakı bəzi cizgilərin (defis, haşiyə) yerində olmaması ilə bağlı söhbət ciddi ajiotaj yaradıb: "Doğrudan da, standartdan belə kənaraçıxma halları çoxdur. Bunların bəzilərini, xüsusən də haşiyənin olmamasını sürücülər ediblər, amma bəzi sürücülərə qeydiyyat nişanı elə defislərsiz verilib. DYP 1 ay vaxt verib ki, hamı bunu aradan qaldırsın.
Mən belə başa düşdüm ki, bu 1 aylıq müddəti 2 səbəbdən veriblər:
1. Vaxtilə DYP-nin qeydiyyat, imtahan, texniki baxış şöbələrində defissiz verilmiş nömrələrin elə həmin şöbələrin özündə qaydaya salınması təmin edilsin. Hətta Baş DYP İdarəsinin rəsmisi deyib ki, kimin avtomobilinin nömrəsində defislər yoxdursa, gəlsinlər, ödənişsiz aradn qaldırılacaq. Əslində bu o deməkdir ki, gətirin səhvimizi düzəldək.
2. Nəqliyyat vasitəsini eyniləşdirməkdə heç bir problem yaratmayan bu xırda kənaraçıxmaya görə sürücüləri dərhal cərimələməyə yol verilməsin. Ona görə də kimin avtomobilinin nömrəsində bu cizgilər yosdursa, 1 aylıq müddətdən istifadə edib düzəltdirin. Amma 1 aydan sonra "siz belə vermisiniz" deyəndə, DYP güzəşt etməyəcək ki, niyə gedib düzəltdirməmisiniz".
Elməddin Muradlı
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










