Yol polisindən sürücülərə vacib xəbər – Cərimə gəlir
Avtoxəbər
18 Avqust 2017 13:07

Baş DYP İdarəsi led işıqlardan istifadə edən sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin işıq cıhazlarından düzgün istifadə etməyən, əlavə işıq cihazları quraşdıran sürücülərə xəbərdarlıq edib. İdarədən Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, son vaxtlar bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrində istehsalçı zavod tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqların qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılması hallarına yol verilir: “Əsasən gənc sürücülər arasında avtomobillərdə iri ölcülü şin və disklərdən istifadə etmək, sükan çarxlarını və buferləri dəyişmək, avtomobilin asqı qurğusunda dəyişiklik və əlavələr etməklə banın klirensini (yer səthindən avtomobilin ən aşağı nöqtəsinə qədər olan məsafə) artırmaq, səsboğucuların səsini çoxaltmağa meyillilik müşahidə olunur. Belə hallardan biri də son zamanlar avtomobillərin işıq cihazlarında “Led” tipli işıq lampalarından istifadə olunmasıdır. Əvvəla onu qeyd etmək lazımdır ki, nəqliyyat vasitələri və onların hər bir ehtiyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq “təhlükəli özü hərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaratmış olur.
Bildiririk ki, Azərbaycan Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il beynəlxalq Vyana Konvensiyasına qoşulub. Bununla əlaqədar ölkəmizdə 1998-ci ildə “Yol hərəkəti haqqında” Qanun qəbul olunub. Həmin qanunun 1 saylı Əlavəsinin III hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan göründüyü kimi, xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə, onun istismarı qadağan olunmalıdır. Sürücülərin nəzərinə çatdırmaq istərdik ki, ölkəmiz 12.02.2002-ci tarixli 261-IIQ №-li Qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq müqaviləyə qoşulmuşdur. Həmin müqaviləyə qoşulan dövlətlər Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidirlər. Bu yolla AİK-in hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır. Avtomobil istehsalı zavodları da nəqliyyat vasitələrini bu tələblər əsasında istehsal edirlər.
Araşdırmalar göstərir ki, “Led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. Belə işıq cihazlarından avtomobilin salonunun icərisinin işıqlandırılması üçün istifadə oluna bilər.
DYP əməkdşları nəqliyyat vasitələrinin texniki tələblərinin pozulması, qanunsuz avadanlıqlaşdırılmasına qarşı mütəmadi mübarizə tədbirləri həyata keçirir”.
Qeyd edək ki, ötən il və bu ilin 6 ayı ərzində nəqliyyat vasitələrinin texniki tələblərinin pozulmasına görə 11013, o cümlədən nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılmasına görə 4853 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Elmin
Oxunub : 6085
DİGƏR XƏBƏRLƏR
25 İyul 2026 20:36
Avropada elektromobil satışları bu səbəbdən artdı
25 İyul 2026 19:12
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
24 İyul 2026 20:24
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
22 İyul 2026 16:30
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
22 İyul 2026 12:18
“Niva”nın yeni mühərriklə istehsalı başladı
19 İyul 2026 23:52
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
19 İyul 2026 16:18
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
18 İyul 2026 22:50
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
16 İyul 2026 22:33
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
16 İyul 2026 17:24
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
16 İyul 2026 09:46
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
15 İyul 2026 22:10
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
ŞƏRH YAZ










